AZ

“Çelsi”nin futbolçusu komandadan kənarlaşdırıldı

“Çelsi”nin baş məşqçisi Liam Rosenior yarımmüdafiəçi Enzo Fernandezin iki oyunluq heyətdən kənarlaşdırıldığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu İngiltərə Kubokunda “Port Veyl”ə və Premyer Liqada “Mançester Siti”yə qarşı keçiriləcək matçlarda iştirak etməyəcək. Buna səbəb kimi isə futbolçunun komandanın daxili qaydalarını pozması göstərilib.

Qeyd edək ki, Enzo daha əvvəl karyerasını Real Madriddə davam etdirmək variantını nəzərdən keçirdiyini açıqlamışdı. O, cari mövsümdə “Çelsi”nin heyətində 46 oyunda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
64
21
idmanxeber.az

10Mənbələr