AZ

“Ukrayna cəbhədə mövqelərini möhkəmləndirib” Zelenski

ain.az, 525.az portalına istinadən məlumat yayır.

“Ukrayna son 10 ayda cəbhədə ən yaxşı nəticələr əldə edib”.

525.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşdə Britaniya kəşfiyyatının məlumatlarına əsasən bildirib.

Prezident deyib ki, Britaniyanın Mİ-6 kəşfiyyat xidmətindən bu həftə əldə edilən məlumatlara görə, hazırda Ukrayna cəbhədə çox yaxşı vəziyyətdədir.

“İşğal və azad edilmiş əraziləri müqayisə etsək, Ukrayna təxminən 20 kvadrat kilometr ərazini işğaldan azad edib. Vəziyyət çətindir, amma son 10 ayın ən yaxşıdır. Bu, ədalətli nəticədir. Bunu təmin edən bütün bölmələrimizə minnətdaram", - Zelenski bildirib.

Əlavə edib ki, Rusiyanın mart ayı üçün planlaşdırdığı genişmiqyaslı hücumun qarşısı Ukrayna Silahlı Qüvvələri tərəfindən alınıb: “İndi işğalçılar gücləndirilmiş hücum taktikalarına əl atırlar.Hələlik qlobal təhlükə görmürük".

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
34
525.az

10Mənbələr