AZ

Zelenski Türkiyədə işgüzar səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Türkiyədə bir sıra rəsmi görüşlər keçirəcək.

Redaktor.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial media hesabında Zelenskinin Türkiyəyə səfəri ilə bağlı paylaşım edib.

"Ukrayna Prezidenti Volodimir Zelenski 4 aprel 2026-cı ildə ölkəmizə işgüzar səfər edəcək. İstanbuldakı görüşlər zamanı Ukrayna ilə ikitərəfli gündəliyimiz, regional inkişaflar və xüsusilə İstanbul Prosesi kontekstində atəşkəsə və davamlı həllə nail olmağa yönəlmiş təşəbbüslərlə bağlı məsələlərin müzakirəsi planlaşdırılır", - deyə Duran bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında mühüm görüşlərin planlaşdırıldığı İstanbula gəldiyini açıqlayıb.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla vacib danışıqlar planlaşdırırıq. Biz Avropada, eləcə də Yaxın Şərqdə insanların həyatını həqiqətən qorumaq, sabitliyi inkişaf etdirmək və təhlükəsizliyi təmin etmək üçün tərəfdaşlığımızı gücləndirməyə çalışırıq. Birgə səylər həmişə ən yaxşı nəticələr verir", - o qeyd edib.

2
Seçilən
17
50
redaktor.az

10Mənbələr