AZ

Azərbaycan Beynəlxalq Bankı 8 nominasiyada mükafat qazandı

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2025-ci ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının (ABA) 8 nominasiyası üzrə mükafatına layiq görülüb. Bu, eyni bankın bir ildə qazandığı ən yüksək mükafat sayıdır. Bank rəqəmsal ödənişlər, təhlükəsizlik maarifləndirilməsi, korporativ sosial məsuliyyət, maliyyə savadlılığı, təhsil, KOB-lara dəstək, dayanıqlı bankçılıq və beynəlxalq əməkdaşlıq sahələrində fərqlənib. 

2025-ci ildə ABB rəqəmsal transformasiyanı genişləndirərək süni intellekt modellərinin sayını 176-ya çatdırıb, əməliyyatların 90 faizini kağızsız formata keçirib. Bank,eyni zamanda, kiçik və orta biznesə dəstəyi artırıb və “ABB Biz” platformasını inkişaf etdirib. Beynəlxalq istiqamətdə də aktivliyini artıran bank xarici maliyyə institutlarından 200 milyon dollar həcmində sindikatlaşdırılmış kredit cəlb edib. 

Züleyxa Əliyeva,

“Azərbaycan”

Seçilən
45
azerbaijan-news.az

1Mənbələr