AZ

İsrail Ordusu Livanın cənubuna nəzarəti saxlayacaq

BAKI, 3 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Livanda Litani çayı bölgəsinə nəzarətini özündə saxlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Kats bildirib.

O əlavə edib ki, İsrailin şimal sakinlərinin təhlükəsizliyi təmin olunana qədər Livanın cənubundan ölkənin şimalına köçmüş 600 min nəfərin geri qayıtmasına icazə verilməyəcək.

Kats həmçinin qeyd edib ki, İran məsələsindən asılı olmayaraq, İsrailin son məqsədi “Hizbullah”ın məhv edilməsidir.

Müdafiə naziri vurğulayıb ki, “Hizbullah”ın onlardan İsrailə hücum mövqeləri kimi istifadə etməsinin qarşısını almaq üçün sərhəddə yerləşən Livan kəndlərindəki evlər Qəzza zolağında Rəfah və Xan Yunis modelinə uyğun şəkildə söküləcək.

Seçilən
22
teleqraf.com

1Mənbələr