AZ

İran Azərabaycana təşəkkür etdi

Bakı. Trend:

Aprelin 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədriŞeyxülislam Allahşükür Paşazadə İran İslam RespublikasınınAzərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiriMüctəba Dəmirçilunu qəbul edib.

Trend xəbər verirki, bu barədə QMİ məlumat yayıb.

Bildirilib ki, səfiri səmimi salamlayan Şeyxülislam həzrətlərison vaxtlar dost və qardaş ölkədə baş verən hadisələr zamanı dincəhali, xüsusi ilə qız məktəbi şagirdləri arasında çoxsaylı insantələfatı ilə bağlı ölkə dindarları adından dərin hüznlə başsağlığıverib, yaralıların tezliklə sağalması üçün dualar etdiyinibildirib.

QMİ sədrinin sözlərinə görə, Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizinərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazəverilməyəcək və bu prinsipial mövqe dəyişməz olaraq qalır.

Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, hər iki dövlətbaşçıları İlham Əliyevlə Məsud Pezeşkianın səmimi münasibətləriölkələrimiz arasında əlaqələrin davamlı inkişafına, regiondasülhün, sabitliyin qorunmasına xidmət edir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu başsağlığınagörə Şeyxülislam həzrətlərinə minnətdarlığını bildirib, ölkəsininbu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvidəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksəkqiymətləndirib. Səfir sülhlə və sabitliyə yönələn qətiyyətlimövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevətəşəkkür edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafındafikir mübadiləsi aparılıb.

İran
İran
Məqalədə:
Seçilən
41
14
az.trend.az

10Mənbələr