AZ

Yaxın Şərqdə böyük müharibə ANONSU: Körfəz ölkələri İrana qarşı bu halda hücuma keçəcək

Fars körfəzi ölkələri İranla hərbi münaqişəyə yalnız bir halda daxil ola bilərlər.

Musavat.com xəbər verir ki, "The Wall Street Journal" nəşri bölgədəki diplomatlara və rəsmi şəxslərə istinadən bu şərtin ABŞ-nin genişmiqyaslı müdaxiləsi olduğunu bildirib.

Nəşr qeyd edir ki, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı güclü hərbi dəniz və hava qüvvələrinə malik olsalar da, Hörmüz boğazına nəzarət uğrunda təkbaşına hərəkətə keçməyə hazır deyillər.

Bununla belə, ərəb monarxiyaları Türkiyə, Misir və Pakistanla birlikdə Tehrana qarşı ciddi siyasi və iqtisadi təzyiq göstərmək imkanına malikdirlər.

Bu koalisiyanın təzyiqi İran rəhbərliyini strateji əhəmiyyətli boğaz vasitəsilə gəmilərin sərbəst hərəkətini təmin etməyə məcbur edə bilər.

Musavat.com

Seçilən
10
musavat.com

1Mənbələr