AZ

UEFA-dan Azərbaycan klublarına ayrılan vəsait açıqlandı

Azərbaycan klublarının 2025-ci il üzrə UEFA-dan əldə etdiyi maliyyə vəsaiti açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, ötən il Avropa futbol qurumu tərəfindən ayrılan vəsaitlər klubların çıxışına uyğun şəkildə bölüşdürülüb.

Ən böyük məbləğ “Qarabağ” klubuna çatıb. Ağdam təmsilçisi UEFA-dan 61 milyon 123 min 325 manat vəsait əldə edib.

Digər klublara ayrılan məbləğlər də bəlli olub. Belə ki, “Sabah” 3 milyon 27 min 845 manat, “Araz-Naxçıvan” 2 milyon 480 min 415 manat, “Zirə” 2 milyon 70 min 729 manat, “Neftçi” 1 milyon 23 min 94 manat vəsait alıb.

Bununla yanaşı, “Sumqayıt”a 833 min 496 manat, “Səbail”, “Turan Tovuz” və “Kəpəz” klublarının hər birinə 706 min 895 manat ayrılıb. “Qəbələ” 427 min 340 manat, “Şamaxı” isə 279 min 555 manat gəlir əldə edib.

Qeyd edək ki, bu vəsaitlər klubların avrokuboklardakı çıxışları və UEFA-nın müxtəlif maliyyə mexanizmləri çərçivəsində formalaşır.

Seçilən
35
32
90deqiqe.az

10Mənbələr