AZ

MDB İqtisadi Şurasının növbəti iclası Moskvada keçiriləcək

BAKI, 3 aprel. TELEQRAF

MDB İqtisadi Şurasının növbəti iclası 2026-cı il iyunun 26-da Moskvada keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev məlumat verib.

“İqtisadi Şuranın 110-cu iclasının iyunun 26-da Moskva şəhərində keçirilməsi barədə qərar qəbul olunub”, – deyə o, şuranın 109-cu iclası zamanı bildirib.

Qeyd edək ki, MDB İqtisadi Şurası Birlik çərçivəsində qəbul edilən sazişlərin, Dövlət Başçıları Şurası və Hökumət Başçıları Şurasının azad ticarət zonasının formalaşdırılması və fəaliyyəti, eləcə də digər sosial-iqtisadi əməkdaşlıq məsələləri üzrə qərarlarının icrasını təmin edən əsas icraedici orqandır.

İqtisadi Şuranın tərkibinə Birliyə üzv ölkələrin baş nazirlərinin müavinləri daxildir. İclaslar zərurət yarandıqca, lakin ən azı rübdə bir dəfə keçirilir.

Seçilən
29
teleqraf.com

1Mənbələr