AZ

Rusiyada İsmayılovun 15 milyon dollarlıq əmlakı müsadirə olunub

Bakı. Trend:

Rusiyada Moskva şəhər məhkəməsi Dağıstan daxili işlər nazirininkeçmiş müavini Rüfət İsmayılovun 533 milyon rubl (14,7 milyondollar- red) dəyərində əmlakını müsadirə edərək dövlət mülkiyyətinəkeçirib.

Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fevralın sonunda Rusiya Baş Prokurorluğu Dağıstandaxili işlər nazirinin keçmiş müavini Rüfat İsmayılova qarşı 533milyon rubl dəyərində əmlakın müsadirəsi ilə bağlı məhkəməyə iddiaqaldırmışdı.

Rüfət İsmayılov 2023-cü ilin noyabrında və Dağıstan DİN istintaqidarəsinin rəis müavini Dalqat Abdulqapurov külli miqdarda rüşvətalma və səlahiyyətlərini aşma ittihamı ilə Moskvada həbs ediliblər.2023-cü ilin dekabrında bu iş üzrə nəzarət-metodiki şöbəninmüstəntiqi Abdul Abakarov da rüşvət almaqda ittiham olunaraq həbsedilib. 2025-ci ilin payızında iş məhkəməyə göndərilib. İsmayılovözünü qəti şəkildə təqsirsiz hesab etdiyini bildirib.

İstintaqın versiyasına görə, İsmayılov və Abdulqapurov qanunsuzev tikintisi ilə bağlı cinayət işinin başlanmaması üçün 300 minrubl (3,330 ABŞ dolları) “ana kapitalı” üzrə büdcə vəsaitlərininbölüşdürülməsi ilə bağlı qərara görə isə 1 milyon rubl (təx. 11,100dollar) alıblar.

Səlahiyyətlərdən suistifadə epizodu iş adamı Frolovla bağlıdır:istintaqın iddiasına görə, təqsirləndirilən şəxslər onakriptovalyuta mayninqi üçün avadanlıq alınmasına 100 milyon rublveriblər. İş adamı “üzərinə götürdüyü öhdəliklərdən yayınmağabaşlayandan sonra” İsmayılov və Abdulqapurov Frolovu puluqaytarmağa məcbur etmək üçün “saxta zərərçəkmişlərin ərizələriəsasında” onun barəsində cinayət təqibi başladılmasına təşəbbüsgöstəriblər.

İsmayılov ədliyyə polkovnikidir. O, 2016-cı ildə Dağıstan üzrəDİN-in istintaq idarəsinin rəis müavini vəzifəsini tutub, 2018-ciildə idarənin rəhbəri vəzifəsini müvəqqəti icra edib. 2019-cu ilindekabrında isə respublikanın daxili işlər nazirinin müavini təyinolunub.

Məqalədə:
Seçilən
28
18
az.trend.az

10Mənbələr