BAKI, 3 aprel. TELEQRAF
“Cəbhədə vəziyyət mürəkkəb olaraq qalır, amma Böyük Britaniya kəşfiyyatının (MI6) qiymətləndirməsinə görə, hazırda yaxşı vəziyyətdəyik”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı bildirib.
“Aprelin 1-də Ukrayna və Britaniya kəşfiyyatının hesabatı təqdim edildi. MI6-ın cəbhədəki vəziyyətlə bağlı hesabatını gördəm, hazırda Ukrayna üçün son 10 ayın ən yaxşı vəziyyətidir. Bu onların qənaətidir, bütün tərəfdaşlar bunu görür. Ərazilərimizin işğalı və azad edilməsi nəzərə alınmaqla, hazırda kiçik üstünlüyə malikik, son həftələrdə təxminən 20 kvadrat kilometr ərazi azad etmişik. Ümumilikdə cəbhə saxlanılır. Bu, Britaniya kəşfiyyatının qənaətidir, vəziyyət çətindir, amma son 10 ayın ən yaxşısıdır. Bu, ədalətli nəticədir. Bunu təmin edən bütün bölmələrimizə minnətdaram”, - prezident vurğulayıb.