AZ

Kreml: Müharibənin qaynar mərhələsinə son qoymaq üçün Ukrayna ordusunu Donbasdan çıxarmalıdır

“Xüsusi hərbi əməliyyat”ın qaynar mərhələsinə son qoymaq üçün Ukrayna qoşunlarını Donbasdan çıxarmalıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya bunun üçün Ukraynaya heç bir son tarix qoymayıb.

Peskov vurğulayıb ki, Rusiya bütün göstərilən məqsədlərə çatana qədər "xüsusi hərbi əməliyyatı" davam etdirəcək.

Kremlin sözçüsü Kiyevin qoşunlarını Donbasdan "bu gün, ya da daha yaxşısı, dünən" çıxarmalı olduğunu əlavə edib:

"Ukraynanın qoşunlarını Donbasdan çıxarması münaqişənin siyasi və diplomatik yolla həllinə keçidi asanlaşdırardı".

Seçilən
17
7
apa.az

8Mənbələr