AZ

ASFAT Seneqal HHQ-nin CN-235 təyyarəsinə təmir və texniki xidmət göstərəcək

Türkiyənin ASFAT şirkəti Seneqal Hərbi Hava Qüvvələrinin (HHQ) CN-235 nəqliyyat təyyarəsinə təmir və texniki xidmət göstərəcək.

“Poliqon” ASFAT-a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, CN-235 təyyarəsi üzərində işlər ASFAT-ın 2-ci Hava Texniki Xidmət Zavodunda aparılacaq.

Qeyd edilib ki, artıq sözügedən təyyarə texniki xidmət və təmir fəaliyyətləri üçün şirkətin Kayseridəki müəssisəsindədir.

HE5XH2wXQAA07Ka

Seçilən
19
poliqon.az

1Mənbələr