Tehran bu məlumatlardan nə üçün istifadə edə bilər?
Rusiya Yaxın Şərqdəki hərbi obyektlər haqqında kəşfiyyat məlumatlarını İranla bölüşür. Ukrayna artıq bu barədə ABŞ-a iki dəfə məlumat verib.
Qaziler.az-ın məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə NewsNation-a verdiyi müsahibədə deyib.
"Kəşfiyyat məlumatlarımızdan Rusiyanın İranla kəşfiyyat məlumatlarını paylaşdığı və paylaşmağa davam etdiyi təsdiqini aldıq. Onlar Yaxın Şərqdəki müxtəlif obyektlərin çoxsaylı peyk görüntüləri də daxil olmaqla hər şeyi paylaşırlar", - Zelenski deyib.
Söhbət əsasən BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və İordaniyadakı yerlərin peyk görüntülərindən gedir.
QAZİLER.AZ