AZ

Ukrayna iki dəfə ABŞ-a Rusiyanın İrana kəşfiyyat məlumatı ötürdüyü barədə məlumat verib - Zelenski

Tehran bu məlumatlardan nə üçün istifadə edə bilər?

Rusiya Yaxın Şərqdəki hərbi obyektlər haqqında kəşfiyyat məlumatlarını İranla bölüşür. Ukrayna artıq bu barədə ABŞ-a iki dəfə məlumat verib.

Qaziler.az-ın məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə NewsNation-a verdiyi müsahibədə deyib.

"Kəşfiyyat məlumatlarımızdan Rusiyanın İranla kəşfiyyat məlumatlarını paylaşdığı və paylaşmağa davam etdiyi təsdiqini aldıq. Onlar Yaxın Şərqdəki müxtəlif obyektlərin çoxsaylı peyk görüntüləri də daxil olmaqla hər şeyi paylaşırlar", - Zelenski deyib.

Söhbət əsasən BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və İordaniyadakı yerlərin peyk görüntülərindən gedir.

QAZİLER.AZ

Seçilən
16
qaziler.az

1Mənbələr