AZ

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi ilə bağlı cinayət işi açıldı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi ilə bağlı cinayət işi açılıb.

 

Hazırda araşdırma gedir.

 

***

 

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər polis tərəfindən saxlanılıb.

 

Pravda.az-ın məlumatına görə, 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. müəyyən edilərək valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsinə gətirilib və onlarla profilaktik söhbətlər aparılıb.

 

Hazırda abidəyə vurulan ziyanın məbləğinin müəyyənləşdirilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Tarix: 3 Aprel 2026, 12:53   
Seçilən
50
3
pravda.az

10Mənbələr