AZ

"Barselona" mərakeşli forvardı heyətinə cəlb edir - SON DURUM

"Barselona" yayda heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, ESPN-in məlumatına görə, Kataloniya nəhənginin rəhbərliyi "Real Betis"in forvardı Abde Ezzalzulini transfer etməkdə maraqlıdır.

24 yaşlı futbolçu əvvəllər - 2021-ci ildən 2023-cü ilə qədər "Blaugrana"da oynayıb. O, həmin arada "Barsa" 14 oyuna çıxıb və 1 qol vurub.

Mərakeşli futbolçu bu mövsüm "Betis"də 32 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib. 

İspaniya çempionatının turnir cədvəlinə 29 oyundan sonra 73 xalla "Barselona" başçılıq edir. "Betis" isə 29 oyundan 44 xalla beşinci yerdədir.

Seçilən
53
50
fanat.az

10Mənbələr