AZ

4 boksçumuz qələbə qazandı - Böyük İpək Yolu

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinə start verilib.

"Football-plus.az" xəbər verir ki, yarışın ilk günündə millimizin dörd boksçusu mərhələ adlayıb.

55 kq-da Nicat Hüseynov startda İon Plinqanı (Moldova) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Avropa çempionu yekunda 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Bu çəkidə Zəlimxan Süleymanov komanda yoldaşı Kənan Babayevi mübarizədən kənarlaşdırıb. O, ikinci raundda tam üstünlüklə qələbə qazanıb. Mərhələ adlayan Süleymanovla Hüseynov 1/4 finalda bir-birinə rəqib olublar.

Mahmud Hüseynov (65 kq) gürcüstanlı Zviad Tçotçua döyüşə çıxmadığı üçün 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə komanda yoldaşı Zaur Qəhrəmanovla döyüşəcək.

65 kq-da Malik Həsənov da adını 1/4 finala yazdırıb. Boksçumuz ilk görüşdə Yiğit Usdan (Türkiyə) üstün olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Həsənov növbəti qarşılaşmasında Levan Demurovini (Gürcüstan) sınağa çəkəcək.

Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq.

Seçilən
18
9
football-plus.az

10Mənbələr