AZ

DİM-dən dövlət qulluqçusu olmaq üçün imtahan verəcək şəxslərə MÜRACİƏT

Aprelin 5-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.

Far.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, DİM-in bu imtahanında iştirak etmək üçün 1 227 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub "İmtahana buraxılış vərəqəsi"ni çap etməli, onu və şəxsiyyəti təsdiq edən sənədin əslini imtahana gələrkən mütləq özləri ilə gətirməlidirlər.

İmtahan iki növbədə təşkil olunur. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə 16:00-da başlayacaq. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahanların keçirilməsi üçün 14 zal admini, 81 nəzarətçi və 13 buraxılış rejimi əməkdaşı ayrılıb.

Seçilən
22
34
far.az

10Mənbələr