AZ

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb- FOTO

11:30

Ulyanovsk vilayətində qatarın relsdən çıxması nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 4-ü uşaqdır.

Rusiya mediasının xəbərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib, onların əksəriyyətı orta və yüngül xəsarət alıb.

Ümumilikdə vaqonlarda 415 nəfər, o cümlədən 34 uşaq olub.

Mənbənin verdiyi məlumata görə, Çelyabinsk-Moskva qatarında yeddi vaqonun relsdən çıxmasının ilkin səbəbi relsin qırılmasıdır.

***

10:22

Çelyabinsk–Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarının 7 vaqonu Ulyanovsk vilayətində relsdən çıxıb.

Bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, ölən yoxdur.

Prokurorluq faktla bağlı araşdırmaya başlayıb, hadisənin səbəbləri müəyyənləşdirilir.

Qəzanın nəticələrinin aradan qaldırılması və sərnişinlərin daşınması üçün xüsusi qatarlar istiqamətləndirilib.

Seçilən
29
1
veteninfo.az

10Mənbələr