AZ

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı 3 aprel, AZƏRTAC

Ölkə rəhbərliyi hər zaman futbola və idmana böyük dəstək verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.

O, futbol üzrə Azərbaycan millisinin uğurlu nəticələr qazandığını bildirib: "Ayxan Abbasovun gəlişindən sonra komandada intizam və oyun planında inkişaf hiss olunur. Bu dönəmdə yığmanın başına keçməyə razılıq verən Ayxan Abbasova təşəkkür edirik. Milli "FIFA Series" turnirin qalibi oldu. Bu fikirləri qadınlardan ibarət yığmaya da aid etmək olar".

Qurum rəsmisi "Qarabağ"ın Azərbaycan futbolunun beynəlxalq nüfuzuna töhfə verdiyini söyləyib.

R. Nəcəf Azərbaycan və Özbəkistanın 2027-ci ildə 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatında ev sahibliyi edəcəyini xatırladıb: "Bu da hər iki ölkənin futbola necə önəm verdiyini göstərir".

Müxbir - Cavid Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
5
azertag.az

6Mənbələr