AZ

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kiyev, 3 aprel, AZƏRTAC

Rusiya qoşunları aprelin 2-dən 3-nə keçən gecə Ukraynanın bəzi bölgələrini raketlərlə vurub.

AZƏRTAC xəbər verir ki, hava zərbələrinin əsas hədəfi Xarkov, Zaporojye, Sumı və Dnepropetrovsk vilayətləri olub.

Xarkov şəhər meri İqor Terexov bildirib ki, bu şəhərə endirilən raket zərbələri nəticəsində çoxmərtəbəli binalara ziyan dəyib və bir qadın yaralanıb.

"Xarkovun Kiyev rayonuna 4 ballistik raketin düşməsi nəticəsində bir neçə çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, pəncərələr uçub və qaz boru kəməri qırılıb", - deyə Terexov diqqətə çatdırıb.

Zaporojyedə də Rusiyanın hücumu nəticəsində yaşayış binalarına ziyan vurulub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, şəhərin iki rayonundakı çoxmənzilli binalara zərər dəyib. Zavodski rayonunda 5 binaya ziyan dəyib, pəncərələri və eyvanları sınıb. Aleksandrovski rayonundakı başqa bir binaya da ziyan dəyib, pəncərələri sınıb və dam örtüyü zədələnib.

Zaporojye Regional Dövlət Administrasiyası regional mərkəzə və Zaporojye rayonuna edilən hücumlarda 4 nəfərin yaralandığını dəqiqləşdirib.

Rusiya qüvvələri Sumı bölgəsindəki Şostka yaşayış məntəqəsinə idarəolunan bombalarla zərbələr endirib.

Hava hücumu nəticəsində 1 nəfər ölüb, 3-ü xəsarət alıb.

Dnepropetrovsk bölgəsində Rusiya qüvvələri raketlər, dronlar və artilleriyadan istifadə edərək 4 rayona təxminən 30 hücum təşkil edib. Pavloqrad və Verxivtsevoda infrastruktur zədələnib. Nikopol bölgəsində çoxmərtəbəli binalar və infrastruktur dağıdılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
4
azertag.az

5Mənbələr