AZ

DİM: 1200 dən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 3 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) apelin 5-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 1227 namizəd qeydiyyatdan keçib.

Namizədlər DİM-in saytına daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Onlar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidirlər.

İmtahan iki növbədə təşkil olunur. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə 16:00-da başlayacaq. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
32
azertag.az

10Mənbələr