AZ

Piter qarışdı: PUA-lar hücum etdi, yaralılar var

Rusiyanın Leninqrad vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum təşkil edilib.

Publika.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri vilayət səmasında Ukraynaya məxsus 7 dronu məhv edib. İlkin məlumatlara görə, Vsevolojsk rayonuna dron qalıqlarının düşməsi qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə olmadığı bildirilir.

Hücum fonunda Sankt-Peterburqun "Pulkovo" hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Moskvadan gələn "Pobeda" aviaşirkətinə məxsus təyyarə eniş icazəsi gözlədiyi üçün havada dövrə vurmalı olub.

Seçilən
16
publika.az

1Mənbələr