AZ

Futbol üzrə Əvəzedicilər Liqasında fasilə yaranacaq

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Futbol üzrə Əvəzedicilər Liqasında iki həftəlik fasilə yaranacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Buna səbəb 2027-ci ildə Azərbaycan və Özbəkistanda baş tutacaq FIFA U-20 dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 millisinin təlim-məşq toplanışının keçirilməsidir.

“Toplanış 13-26 aprel tarixlərini əhatə edəcək. AFFA və Peşəkar Futbol Liqasının məsləhətləşmələrindən sonra bütün potenisal futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək. Belə ki, Əvəzedicilər Liqasının aprelin 13-də keçiriləcək oyunlarından sonra yarışda iki həftəlik fasilə yaranacaq. Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcək”, - deyə qurum açıqlamasında bildirilib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
14
icma.az

10Mənbələr