Bakı.Trend:
Bakıda avtomobildə yanğın hadisəsi qeydə alınıb.
Trend xəbərverir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi(NİİM) məlumat yayıb.
Bildirilir ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, YusifSəfərov küçəsində hərəkətdə olan nəqliyyat vasitələrindən birindəbaş verib.
Ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhaltəhlükəsizlik tədbirləri görülüb, nəqliyyatın hərəkəti alternativistiqamətə yönləndirilib.
Polis əməkdaşlarının və vətəndaşların operativ müdaxiləsinəticəsində yanğın qısa müddətdə söndürülüb, nəqliyyat vasitəsi isəyolun hərəkət hissəsindən kənarlaşdırılıb.