AZ

Yeni baş məşqçi tələb etdi – Əvəzedicilər Liqasında 2 həftəlik fasilə yarandı

2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 Milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Msport.az xəbər verir ki, toplanış 13-26 aprel tarixlərini əhatə  edəcək. AFFA və Peşəkar Futbol Liqasının məsləhətləşmələrindən sonra bütün potenisal futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək. Belə ki, Əvəzedicilər Liqasının 13 aprel tarixdə keçiriləcək oyunlarından sonra  yarışda  iki həftəlik fasilə yaranacaq.

Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcək.

Qeyd edək ki, U-20 millisinin baş məşqçisi Ruy Jorje AFFA-dan yığmanın tez-tez təlim-məşq toplanışı keçməsini tələb edib. O, təyinatın gec baş tutduğunu və komanda ilə hələ indi tanış olacağını bildirib.

Seçilən
28
14
msport.az

10Mənbələr