AZ

Bu gün "Turan Tovuz" – "Zirə" və "Sabah" – "Qarabağ" oyunları keçiriləcək

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə bu gün start veriləcək.

SİA-nın məlumatına görə, əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 17:30-da start götürəcək.

Ardınca turnirin son qalibi "Sabah" "Qarabağ"la münasibətlərə aydınlıq gətirəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.

Seçilən
35
5
sia.az

7Mənbələr