AZ

İranın “neft komandiri” öldürüldü

İsrailin İrana qarşı keçirdiyi əməliyyat nəticəsində yüksək vəzifəli şəxs zərərsizləşdirilib.

Musavat.com xəbər verir ki, İsrail ordusu İranın “neft qərargahı” ilə əlaqələndirilən Cəmşid Eshaqinin paytaxt Tehranda keçirilən əməliyyat zamanı öldürüldüyünü açıqlayıb.

İsrail tərəfinin iddiasına görə, Eshaqi rejimin maliyyə qoluna rəhbərlik edib və silahlı qüvvələrin, eləcə də hərbi sənaye müəssisələrinin maliyyələşdirilməsində əsas fiqurlardan biri olub.

Məlumatda bildirilir ki, o, həmçinin İranın ballistik raket proqramında iştirak edib, eləcə də “Hizbullah” və husi qüvvələrinə dəstək mexanizmlərində mühüm rol oynayıb.

 

Musavat.com

Seçilən
39
5
musavat.com

10Mənbələr