AZ

41 yaşlı müğənni gənc qalmağın sirrini açıqladı

Türkiyəli müğənni Buray 41 yaşında olmasına baxmayaraq gənc və enerjili görünüşü ilə bağlı açıqlama verib.Metbuat.az xəbər verir ki, sənətçi bildirib ki, sağlam həyat tərzi onun formda qalmasının əsas səbəbidir. O, spirtli içki və siqaretdən uzaq durduğunu, qidalanmasına xüsusi diqqət yetirdiyini qeyd edib. Müğənni həmçinin şəkər və bəzi süd məhsullarını rasionundan çıxardığını vurğulayıb. Buray əlavə edib ki, hər gün müntəzəm idmanla məşğul olması səhnə performansını və ümumi enerjisini yüksək səviyyədə saxlayır.

Bununla yanaşı, o, psixoloji amillərin də önəmli olduğunu bildirib və stressdən uzaq qalmağa çalışdığını qeyd edərək pozitiv düşüncənin gənc qalmaqda əsas rol oynadığını deyib.

Seçilən
46
metbuat.az

1Mənbələr