AZ

Bakıda tikintisi illərdir yarımçıq qalan binalar zibil poliqonuna çevrilir - VİDEO

Baku TV Bakıda tikintisi illərdir yarımçıq qalan binalar haqqında reportaj hazırlayıb.

"Yeni Sabah" xəbər verir ki, sakinlər məsələyə münasibət bildirərək qeyd ediblər ki, belə binalar həm şəhərin görüntüsünü korlayır, həm də vətəndaşlara mane olur.

"Binanın hansısa məmura məxsus olduğunu eşitmişəm. Həmin şəxs vəzifədən kənarlaşdırıldıqdan sonra tikintisi yarımçıq qalıb. Bina tikiləndə buradakı ağacların hamısını çıxarıb apardılar, dayanacağın da yerini dəyişdilər", - deyə sakin narazılığını bildirib.

Reportajda o da vurğulanıb ki, bu binalara tullantıların atılması nəticəsində zibil poliqonuna çevrilir.


Telegram kanalımız
Seçilən
11
3
yenisabah.az

3Mənbələr