AZ

Bakıdakı görüşlər son dərəcə faydalıdır Cevdet Yılmaz

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıdakı görüşləri son dərəcə faydalı hesab edirəm.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda jurnalistlərə açıqlamasında deyib.

“Bu gün burada çox faydalı görüşlər keçirdik. Türk Dövlətləri Təşkilatının Baş nazirləri və vitse-prezidenti səviyyəsində ikinci iclasımızı təşkil etdik. Birincisi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmişdi, ikincisi isə burada baş tutdu. Bunun son dərəcə faydalı olduğunu qeyd etmək istəyirəm.

Bu toplantı çərçivəsində səhər ilk olaraq Prezident İlham Əliyev tərəfindən qəbul edildik və ölkələrimiz arasındakı münasibətləri, həmçinin bölgədə və dünyada baş verən prosesləri ətraflı müzakirə etdik. Bu iclaslara Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel də dəvət olunmuşdu. Bu münasibətlə Azərbaycan Prezidentinə və Baş nazirinə təşəkkürümüzü bildirdik.

Toplantının əsas mövzularına gəldikdə isə, ən önəmli istiqamət iqtisadiyyatdır. Dünyada geosiyasi gərginliklərin, risklərin və qeyri-müəyyənliyin yüksəldiyi bir dövrdəyik. Beynəlxalq institutların və qaydaların zəiflədiyini müşahidə edirik. Belə bir dövrdə ikitərəfli münasibətlər və regional inteqrasiyalar daha da əhəmiyyət qazanır. Bu baxımdan Türk Dövlətləri Təşkilatının son dövrlərdə əldə etdiyi irəliləyiş çox qiymətlidir”, – Cevdet Yılmaz vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
globalinfo.az

3Mənbələr