AZ

Türk dövlətlərinin rəsmiləri Bakıda toplaşdı - nələr müzakirə edildi?

Bakı, 2 aprel, AZƏRTAC

Bakı Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünə ev sahibliyi etdi. Müharibələr, iqtisadi böhranlar, görünməmiş çağırışlar və qeyri-müəyyənliklər fonunda bugünkü görüşdə bir daha Türk dövlətlərinin strateji həmrəyliyi məsələsi, təşkilat daxilində səylərin birləşdirilməsinin əhəmiyyəti vurğulandı. Qeyd olundu ki, mövcud regional və qlobal çağırışlar üzv ölkələrdən yalnız həmrəylik deyil, eyni zamanda, regional sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsi üçün konkret və uzlaşdırılmış addımlar tələb edir. Yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilmək yolunda irəliləyir.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Seçilən
53
1
azertag.az

2Mənbələr