AZ

Qabriele Qravina istefa verdi – ARENA.AZ

Milli komandanın uğursuz çıxışı mənzərəsində Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, martın 31-də İtaliya milli komandası dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off oyununda Bosniya və Herseqovina yığmasına məğlub olub (1:1, penaltilərdə 1:4). İtaliya yığmasının ardıcıl 3 mundialda işitak edə bilməməsi səbəbindən federasiya rəhbəri vəzifəsindən gedib.

Federasiyanın açıqlamasında o da vurğulanır ki, yeni prezident seçkisi bu il iyunun 22-də təşkil ediləcək.

Xatırladaq ki, 72 yaşlı Qravina 2018-ci ildən İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışırdı.

Sonda onu da qeyd edək ki, millinin son uğursuzluğunun ardından baş məşqçi Cennaro Qattuzonun da istefası gözlənilir. Böyük ehtimalla federasiyanın yeni rəhbərliyi millinin baş məşqçi postunda da dəyişiklik edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
21
6
arena.az

10Mənbələr