Yenidən Can Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram.
"Unikal" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz söyləyib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər son dərəcə xüsusi xarakter daşıyır. Bu, iki adi dövlət arasındakı əlaqələr deyil, Şuşa Bəyannaməsində əksini tapan müttəfiqlik prinsiplərinə əsaslanan münasibətlərdir. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, bu əlaqələr “Bir millət, iki dövlət” prinsipi üzərində qurulub.
“Bu səbəbdən qarşılıqlı səfərlər mütəmadi xarakter daşıyır. Xüsusilə dövlət başçılarımızın ortaq və güclü vizyonu münasibətlərimizin əsas dayağını təşkil edir”, - deyə Vitse-prezident əlavə edib.