"L`Equipe" La Liqada ən çox maaş alan oyunçuların siyahısını hazırlayıb.
QOL.az xəbər verir ki, 1-ci və 2-ci pillələri "Real"ın həftəlik 616.000 avro maaş alan hücumçuları Vinisius Junior və hücumçusu Kilian Mbappe bölüşürlər.
3-cü yerdə həftəlik 434.000 avro ilə "Real"ın müdafiəçisi David Alaba qərarlaşır. 399.000 avro ilə "Barselona"nın hücumçusu Robert Levandovski 4-cüdür. "5-liy"i isə 385.000 avro qazanan "Real" yarımmüdafiəçisi Cud Bellinqem tamamlayır.
Qeyd edək ki, Vinisius 2018-ci, Mbappe isə 2024-cü ildən Madrid təmsilçisinin formasını geyinir.