AZ

Messi və Ronaldo videoçarxda çəkildi: Hər ikisindən paylaşım

Futbol dünyasının iki böyük əfsanəsi — Lionel Messi və Kriştiano Ronaldo illər sonra yenidən eyni kadrda bir araya gəliblər. Ötən çempionatda onların şahmat oynadıqları məşhur kadrın əslində montaj olduğu və hər iki ulduzun ayrı-ayrılıqda çəkildiyi məlum olsa da, bu dəfə hər şey fərqlidir. 2026-cı il Dünya Çempionatı ərəfəsində hazırlanan və hər iki futbolçunun eyni anda instaqram səhifələrində paylaşdıqları videoçarxda onlar real olaraq eyni masanın arxasında əks olunublar.

Ölkə.Az xəbər verir ki, videoçarx Kriştiano Ronaldonun ciddi və qətiyyətli baxışları ilə açılır. Az sonra kadrlarda Kilian Mbappe və Vinisius Junior görünür. Gözlənilən an isə Lionel Messinin kadrda peyda olması ilə tamamlanır və beləcə, dörd dünya ulduzu dairəvi bir masanın ətrafında cəmləşir. Masanın mərkəzində isə hamının arzuladığı Dünya Kubokunun LEGO konstruktorundan ibarət xüsusi maketi yer alır.

Mübarizə məhz burada başlayır. Hər bir futbolçunun əlində özünü əks etdirən balaca personajı var və onlar bu fiquru kubokun zirvəsinə bərkitməyə çalışırlar. Lakin bu, göründüyü qədər asan deyil; ulduzlar yaşıl meydandakı rəqabətlərini masanın ətrafına daşıyaraq bir-birinə mane olur, dairəvi masanı fırladır və rəqibinin qalib gəlməsinə imkan vermirlər. Gərginliyin və rəqabətin pik həddə çatdığı anda isə maraqlı bir final baş verir – qəfildən ortaya çıxan kiçik bir uşaq kubokun ən zirvə hissəsini "pazl"ı bərkidib kompozisiyanı tamamlayır. Bu kadr futbolun gələcəyini və növbəti nəsillərin estafeti təhvil almasını simvolizə edir.

Seçilən
51
8
olke.az

10Mənbələr