AZ

Regionlarda növbəti ekoloji maarifləndirici görüşlər keçirilib

“Ətraf mühitin mühafizəsi sahəsində düzgün ekoloji davranışın formalaşdırılması” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən növbəti maarifləndirici görüşlər Bərdə, Ağsu və Ağdam məktəblərində təşkil edilib.  

Bərdə rayonunun E.Əsədov adına Türkmən kənd tam orta məktəbində, Ağsu şəhərinin 3 nömrəli tam orta məktəbində, Ağdam rayonunun Xındırıstan və R.Qasımov adına Paşabəyli kənd tam orta  məktəbində keçirilən tədbirlər zamanı şagirdlərə tullantıların növləri və düzgün çeşidlənməsi, təkrar emal prosesi, iqlim dəyişiklikləri, bitki və heyvanların ekosistemdə rolu, eləcə də ekoloji cəhətdən sağlam şəhər mühitinin formalaşdırılmasında bu amillərin əhəmiyyəti xüsusi vurğulanıb. Eyni zamanda su və enerji resurslarından qənaətlə istifadə, gündəlik seçimlərin şəhər mühitinə və ümumilikdə planetə təsiri barədə fikir mübadiləsi aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb. 

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən görüşlərin əsas məqsədi gənc nəslə ekoloji dəyərləri aşılamaq, onlarda ekoloji düşüncə tərzinin formalaşmasına dəstək olmaq və gələcəyin daha yaşıl, dayanıqlı şəhərlərinin qurulmasına töhfə vermələrinin vacibliyini diqqətə çatdırmaq olub.

Seçilən
55
ekologiya.az

1Mənbələr