AZ

NBA oyunçusu həbs edildi

Yazını böyüt
Yazını kiçilt

Milli Basketbol Assosiasiyasının (NBA) "Memfis" klubunun oyunçusu Brendon Klark ABŞ-nin Arkanzas ştatında narkotik maddə saxlamaqda şübhəli bilinərək həbs edilib.

Hafta.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, hadisə "Memfis"in NBA-nın müntəzəm çempionatı çərçivəsində "Nyu-York"a qarşı keçirdiyi oyuna cəmi bir neçə saat qalmış yaşanıb. Basketbolçuya qarşı sürət həddini aşma, avtomobili ehtiyatsız idarə etmə və qadağan olunmuş maddələr saxlama ittihamları irəli sürülüb.

Qeyd edək ki, Klarkın 29 yaşı var. O, 2019-cu il NBA draftında "Oklahoma City Thunder" tərəfindən ümumilikdə 21-ci seçilib və daha sonra "Memfis Grizzlies" komandasına transfer olunub. O, zədələr səbəbindən bu mövsüm cəmi iki oyun keçirib.

Seçilən
9
1
hafta.az

2Mənbələr