AZ

Qvardiola "Mançester Siti"dən gedir?

style='margin-bottom:10px;'>

Son vaxtlar "Mançester Siti"nin baş məşqçisi Xosep Qavrdiolanın komandaan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

QOL.az xəbər verir ki, "The Telegraph" nəşrinin bugünkü məlumatında bu iddiaların əsassız olduğunu bildirilib.

Qvardiola mövsümün sonuna qədər "Mançester Siti"də qalıb-qalmayacağına qərar verməyəcək. Onun klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.

İddia olunurdu ki, "Siti" Qvardioladan müqaviləsinin müddətini uzatmağı planlaşdırıb-planlaşdırmadığını rəsmi olaraq soruşub, amma bu, belə deyil.  Klub 55 yaşlı mütəxəssisin vaxtında nə etmək istədiyini onlara bildirəcəyini gözləyir və ona təzyiq göstərmək istəmir. "Mançester Siti"nin məsələni zorla həll etməyə çalışmayacağı və Qvardiola ilə qarşılıqlı etimada əsaslanan çox güclü münasibətlərin olduğu qeyd edilib.

Seçilən
25
teleqraf.com

1Mənbələr