AZ

54 illik fasilədən sonra Aya ilk uçuş gerçəkləşib 

54 illik fasilədən sonra ilk dəfə NASA-nın Artemis II missiyası Aya yola düşüb.

AZƏRTAC-ın məlumatına görə, dörd astronavt Kennedi Kosmik Mərkəzindən “Orion” kosmik gəmisi ilə missiyaya başayıblar. Ongünlük missiyada NASA astronavtları Reyd Vayzmən, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen iştirak edir. Onlar 10 günlük missiya çərçivəsində Ay ətrafında uçuş aparacaq, “Orion” gəmisinin sistemlərini kosmos şəraitində sınaqdan keçirəcək və Yerə qayıdacaqlar.

Qeyd olunur ki, “Artemis 2” missiyası “Artemis” Ay proqramı çərçivəsində ilk pilotlu missiya və son onilliklərdə insanların Ay ətrafında ilk uçuşu olacaq.

Seçilən
61
12
azerbaijan-news.az

10Mənbələr