AZ

Kreml görüşü: Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Kremldə dünənki görüşündə ona qəti şəkildə “Ya Avropa İttifaqını, ya da Avrasiya İqtisadi İttifaqını seçməlisiz, ikisi bir arada mümkün deyil” xəbərdarlığını etdi”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib:

“Putin vaxtilə eyni sözləri Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçə də demişdi, bunun nə ilə nəticələndiyi bəllidir, iki ölkə arasında müharibə beşinci ilinə keçib. Yəni Putin sanki Paşinyana da demək istədi ki, yanlış qərar versəz, bunun Ukrayna kimi Ermənistan üçün də ağır nəticələri olacaq. Paşinyanın Putinə cavabı bu oldu ki, Ermənistan hələ o mərhələyə çatmayıb ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etsin.

Ümumiyyətlə iki liderin mətbuat qarşısında dünənki görüşü qarşılıqlı ittihamlar şəklində keçdi. Bu nadir hallarda baş verən hadisədir. Hər iki lider fikirlərini diplomatik tərzdə ifadə etməyə çalışsalar da, Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi”.

Qeyd edək ki, Moskva görüşündə əsas müzakirə mövzuları regionda təhlükəsizlik, Ermənistan–Rusiya münasibətləri və iqtisadi əməkdaşlıq məsələləri olub. Lakin görüşdən ən çox yayılan məhz Paşinyanın demokratiya ilə bağlı istehzalı çıxışı olub.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
50
icma.az

10Mənbələr