AZ

Moskvada anti-Azərbaycan tədbiri

Rusiya Ermənilər İttifaqının prezidenti Paşinyan hökumətini Bakıya “birtərəfli kompromisdə” ittiham edib

Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın Moskvada ictimaiyyətlə görüşü keçirilib. Turkustan.az Rusiya mediasına istinadən xəbər verir ki, görüşdə Ermənistandakı seçkilər, Qarabağ erməniləri və Rusiya-Ermənistan münasibətləri müzakirə edilib.

Ara Abramyan qeyd edib ki, bu gün Ermənistanda baş verənlər yalnız utancverici kimi təsvir edilə bilər. Onun sözlərinə görə, hökumət öz xalqını qorxudur. “Bu gün əgər hökumət yalnız öz xalqının rifahı üçün çalışsaydı, Ermənistan dünyanın aparıcı ölkələrindən biri olardı” deyə, Abramyan deyib.

Görüşdə kilsə-hökumət qarşıdurması xüsusi müzaklirə mövzusu olub. “Erməni kilsəsi Paşinyanın elan etdiyi qondarma Dördüncü Respublikadan 1700 il böyükdür və katolikos təkcə Ermənistanda yaşayanların deyil, bütün dünyadakı ermənilərin mənəvi lideridir. Ermənistan rəhbərinin müdaxilə etmək və kilsənin başında sadiq bir fiqur oturtmağa çalışmaq üçün nə mənəvi, nə də hüquqi səlahiyyəti var”, - deyə Abramyan vurğulayıb.

Görüşdə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə də toxunulub. Abramyana görə, Ermənistanın öz dövlət mənafeyini deyil, Azərbaycanı razı salmaq üçün hərəkət edir. “Müharibədə ikitərəfli kompromis qələbədir. Lakin birtərəfli kompromis məğlubiyyətdən daha pisdir. Xalqımız Qarabağı tərk etdi, əmlaklarını, fabriklərini, emalatxanalarını, məktəblərini və muzeylərini qoyub getdi. Kompromis də elə bu idi. Bütün bu müddət ərzində kompromislə yaşamışıq. Sülhə çatmaq üçün bir komissiya yaratdıq, vasitəçilərlə - Rusiya, Fransa və Amerika ilə daim görüşdük. Və bu işə yaraya bilərdi; sadəcə bir az cəsarət lazım idi. Amma təəssüf ki, Ermənistan rəhbərliyində bu cəsarət çatmırdı. Onlar birtərəfli kompromis seçdilər. Prinsipcə, burada heç bir kompromis olmamalı idi. Biz güclü olmalı idik, amma təəssüf ki, dünyada yalnız Rusiya, Amerika, Avropa Birliyi və Çin güclü adlandırıla bilər. Onlardan kim bizi müdafiə etməyə hazırdır? Rusiya. Və Rusiya deyir: əgər Ermənistan rəhbərliyi erməni xalqının rifahı üçün çalışsaydı, heç vaxt ərazilərimizi ələ keçirməzdi. Heç vaxt!”, - deyə Ara Abramyan bildirib.

Abramyan deyib ki, Rusiya-Ermənistan münasibətləri ən aşağı səviyyədədir. “Ən böyük dostumuz Rusiyadır. O, bizim müdafiəmizdir. Rusiya ilə Ermənistan arasında dostluq əlaqələri zəifləyib — bu, əvvəllər heç vaxt olmayıb! Hamı bunun kimin günahkar olduğunu çox yaxşı başa düşür”, - deyə Abramyan bildirib.

Rusiyada yaşayan milyarder iş adamı, Rusiya Erməniləri İttifaqının rəhbəri Abramyan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb. Müxtəlif çıxışlarında o, nifrət ritorikası ilə dolu ifadələr işlədərək Azərbaycanı hədəf alıb. Onun rəhbərlik etdiyi təşkilat erməni diasporu daxilində anti-Azərbaycan təbliğatının maliyyə mənbələrindən biri hesab olunur. Abramyan hazırda Ermənistanda sülh proseslərinə qarşı fəaliyyət göstərən revanşist qruplara dəstək verir./Musavat.com/

Seçilən
13
3
turkustan.az

10Mənbələr