AZ

Kremldə “2 illik müharibə planı Putini dayandıran 30 kilometrlik” maneə necə aşılacaq?

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyanın siyasi rəhbərliyi Ukraynadakı müharibəni daha bir neçə il davam etdirmək niyyətindədir. "Bloomberg" agentliyinin Kremldəki mötəbər mənbələrinə istinadən yaydığı məlumatlar göstərir ki, Moskva sülh danışıqlarından imtina edərək, hərbi yolla yeni qazanclar əldə etməyə hazırlaşır. Lakin cəbhədəki reallıqlar və daxili narazılıqlar bu planların nə dərəcədə real olduğunu sual altına qoyur.

Rusiya tərəfi diplomatik təzyiqləri maksimuma çatdırıb. Putinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskidən qoşunların Donbasdan çıxarılması üçün "təcili qərar" tələb edir. Rusiya Müdafiə Nazirliyi isə Luqanskın tam işğalını elan etsə də, hərbi ekspert Yuri Fyodorov bu bəyanatların arxasında başqa məqsədlərin dayandığını bildirir.

Fyodorovun fikrincə, Rusiyanın "daha iki il döyüşəcəyik" mesajı birbaşa Qərb və Ukrayna ictimaiyyətinə hesablanmış informasiya kampaniyasıdır: "Bu mesajların məqsədi Ukrayna xalqına müqavimətin mənasız olduğunu aşılamaqdır. Onlar demək istəyirlər ki, siz daha uzun illər əziyyət çəkəcəksiniz, xüsusən qış aylarında vəziyyətiniz dözülməz olacaq. Əgər müqavimət faydasızdırsa, niyə döyüşürsünüz? Təslim olun ki, canınızı qurtarasınız. Eyni zamanda Avropa elitasına 'Putinlə razılaşın, yoxsa bu problem illərlə bitməyəcək' siqnalı verilir".

Rusiya hücumları niyə boğulur?

Ekspert Yuri Fyodorov 2026-cı ildə cəbhədəki xarakterin köklü şəkildə dəyişdiyini vurğulayır.

Onun sözlərinə görə, Ukraynanın yeni hərbi rəhbərliyi, xüsusilə Müdafiə naziri Mixail Fyodorovun texnoloji yanaşması Rusiyanın say üstünlüyünü heçə endirib:

Ukrayna ordusu dronların fəaliyyət radiusunu 30 kilometrə qədər genişləndirib. Bu, o deməkdir ki, Rusiyanın rezerv qüvvələri və resursları hələ döyüşə girməmiş, təmas xəttindən xeyli uzaqda məhv edilir.

Rus komandirləri əsgərləri "şumlanmış sahələrə" göndərir. Hərbçilər arasında "şücaətli cütlüklər" adlandırılan bu qrupların aqibəti dəhşətlidir. Fyodorov qeyd edir ki, hər 10 şturmçudan 8-9-u döyüş zonasına çatmadan öldürülür. Məhz bu texnoloji üstünlük sayəsində Rusiyanın qış hücumu faktiki olaraq boğulub.

Gizli səfərbərlik iddiaları - rektorlara verilən "2 faizlik" tapşırıq

Kremldəki rəsmi şəxslər, o cümlədən Dmitri Medvedev yeni səfərbərlik dalğasını dəfələrlə təkzib etsə də, "Faridaily" teleqram kanalının yaydığı məlumatlar bunun əksini deyir. Bildirilir ki, Rusiya Elm və ali təhsil naziri Valeri Falkov rektorlar qarşısında sərt tələb qoyub: Hər bir ali məktəb tələbə heyətinin ən azı 2 faizini müharibəyə cəlb etməlidir.

Lakin bu plan hətta Rusiyanın daxilindəki "müharibə partiyası" tərəfindən də tənqid olunur. Belə ki, pro-kreml "voyenkorlar" (hərbi müxbirlər) ölkənin yeni bir kütləvi çağırış dalğasına sosial və iqtisadi baxımdan tab gətirə bilməyəcəyini, bunun daxili partlayışa səbəb olacağını açıq şəkildə yazmağa başlayıblar.

"Müharibə mənasını itirib" – Putin nəyi qələbə kimi satacaq?

Məqalənin ən cmaraqlı məqamı müharibənin strateji hədəflərinin itməsi ilə bağlıdır. Fyodorov qeyd edir ki, Rusiyanın müharibənin əvvəlində bəyan etdiyi "Ukraynanı udmaq və Avropaya diktə etmək" planı artıq dastan olub. İndi Kremlin qarşısında duran əsas məsələ – heç olmasa nəyisə "qələbə" kimi xalqa təqdim etməkdir.

"Putinə qan bahasına da olsa, bir qələbə lazımdır ki, onu həm xalqa, həm də bürokratik elitaya sata bilsin. Çünki hazırda hər kəs sual verir: Biz niyə döyüşürük? Tamamilə dağılmış, bərpası milyardlar tələb edən bir neçə min kvadrat kilometr ərazi üçünmü? Əgər Rusiya qalib gələ bilmirsə, bu, onun məğlubiyyəti deməkdir. Ukrayna cəmiyyəti isə artıq bu məntiqi qəbul edib: Rusiyanın qələbə qazana bilməməsi, Ukraynanın strateji qalibiyyətidir", - deyə ekspert yekunlaşdırır.

Rasim

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
50
azpolitika.info

10Mənbələr