AZ

İraq Suriya vasitəsilə neft ixracına başlayıb



İraq Suriya vasitəsilə neft ixracına başlayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb.

Açıqlamada qeyd edilib ki, milli iqtisadiyyatı dəstəkləmək və dövlət xəzinəsinə maliyyə gəliri təmin etmək üçün Neft Nazirliyi qonşu Suriya ərazisindən nefti tankerlərlə ixrac etməyə başlayıb.

Qeyd edək ki, Amerika-İran qarşıdurması səbəbindən Hörmüz boğazında yaranmış vəziyyət İraq neftinin ixracında ciddi problemlər yaradıb.

Anar
Seçilən
19
newscenter.az

1Mənbələr