AZ

Ünal Üstel: "Azərbaycan–Türkiyə–Şimali Kipr münasibətləri bütün TDT-yə nümunə olmalıdır"

"Tək millət, üç dövlət" şüarı ilə möhkəmlənən Azərbaycan–Türkiyə–Şimali Kipr münasibətləri bütün Türk Dövlətləri Təşkilatına nümunə olmalıdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Şimali Kiprin Baş naziri Ünal Üstel Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

"Məqsədimiz bu səmimi və dərin bağı bütün üzv dövlətlərlə daha da gücləndirmək və Şimali Kiprin tam üzvlük prosesini uğurla başa çatdırmaqdır. Şimali Kipr TDT-yə tamhüquqlu üzv olmağa hazırdır. Dünyanın bəzi mərkəzləri bizi görməzdən gəlsə də, gördüyünüz kimi biz varıq. Dövlətimiz, qurumlarımız, parlamentimiz var və ən əsası, ana vətənimizin təminatçılığı ilə bayrağımızın altında azad və suveren şəkildə yaşayan xalqımız var. Sizin və millətimizin dəstəyi ilə sonsuza qədər var olmağa davam edəcəyik", - o qeyd edib.

"Cebheinfo.az"

Seçilən
36
14
cebheinfo.az

10Mənbələr