AZ

Gənclər Liqasının bütün matçlarında çəkiliş aparılacaq

Gənclər Liqasının bütün matçlarda çəkiliş aparılacaq.

"Unikal" xəbər verir ki, bu sözləri AFFA-nın baş katibinin müavini Elçin Məmmədov milli assosiasiya ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, bununla bağlı məşqçilərə təlimlərin keçiriləcəyini bildirib: “Məşqçilər geniş şəkildə məlumatlandırılacaq. Keçirilən bütün oyunların datası AFFA-ya təqdim olunacaq və biz futbolçuları analiz edəcəyik. Buna əsasən, istedadlı və seçilən futbolçuların milliyə cəlb olunması istiqamətində işlər aparılacaq”.

Seçilən
10
6
unikal.az

7Mənbələr