Bakı, 2 aprel, AZƏRTAC
Gənclər Liqasının bütün matçlarda çəkiliş aparılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibinin müavini Elçin Məmmədov milli assosiasiya ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra təşkil olunan mətbuat konfransında deyib.
O, bununla bağlı məşqçilərə təlimlərin keçiriləcəyini bildirib: “Məşqçilər geniş şəkildə məlumatlandırılacaq. Keçirilən bütün oyunların datası AFFA-ya təqdim olunacaq və biz futbolçuları analiz edəcəyik. Buna əsasən, istedadlı və seçilən futbolçuların milliyə cəlb olunması istiqamətində işlər aparılacaq”.
Fotoqraf - İlkin Cavanşirov