Rusiyada xarici agent kimi tanınan 46 yaşlı reper Fuze Kreç qəzada həlak olub.
Far.Az "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Valentina Berezkina məlumat yayıb.
O bildirib ki, həyat yoldaşı dəhşətli qəzaya düşüb. Həkimlər sənətçiyə ilkin müdaxilələr etsələr də, onun həyatını xilas edə bilməyiblər.
Xatırladaq ki, Fuze Kreçin əsl adı Artem Brovkovdur. O solo çıxışlara 2013-cü ildə başlayıb. Karyerası ərzində 15 albom buraxıb.
2025-ci ilin mart ayında Rusiya Ədliyyə Nazirliyi Brovkovun xarici agent olduğunu açıqlayıb.