AZ

Rusiyada xarici agent kimi tanınan reper qəzada öldü

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada xarici agent kimi tanınan 46 yaşlı reper Fuze Kreç qəzada həlak olub.

BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Valentina Berezkina məlumat yayıb.

O bildirib ki, həyat yoldaşı dəhşətli qəzaya düşüb. Həkimlər sənətçiyə ilkin müdaxilələr etsələr də, onun həyatını xilas edə bilməyiblər.

Xatırladaq ki, Fuze Kreçin əsl adı Artem Brovkovdur. O solo çıxışlara 2013-cü ildə başlayıb. Karyerası ərzində 15 albom buraxıb.

2025-ci ilin mart ayında Rusiya Ədliyyə Nazirliyi Brovkovun xarici agent olduğunu açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
baku.ws

2Mənbələr